DON JUÁN

[bəzi Qərbi Avropa ədəbi əsərlərinin qəhrəmanı Don Juanın adından] Aşiqanə macəralar düşkünü; arvadbaz, qadın düşkünü.
DON
DON KİXÓT
OBASTAN VİKİ
Don Juan
"Don Juan" — hekayə dəfələrlə müxtəlif yazıçılar tərəfindən yazılmışdır. Don Juan adı məcazi olaraq "avara" mənasında işlədilir. == Don Juan əfsanəsi == Əfsanəyə görə Don Juan zadəgan bir ailənin gənc qızını başdan çıxararaq, özünə aşiq etmiş və atasını öldürmüşdür. Daha sonra məzarlıqda atasının heykəlini hörmətsiz şəkildə yeməyə dəvət etmiş və heykəl yemək təklifini qəbul etmişdir. Atasının heykəli, yeməyə Don Juanın qətli üçün gəlmişdir. Heykəl salamlaşmaq üçün əlini Don Juana uzatmış və Don Juan onun əlini sıxanda heykəl onu cəhənnəmə aparmışdır. Bu səbəblə "Don Juan" zamanımızda avaralıq üçün istifadə olunan məşhur söz halına gəlmişdir. Çox saylı fikirlərə görə Don Juanın ilk yazılı hekayəsi Tirso de Molinanın yazdığı "El burlador de Sevilla y convivado de piedra" (Sevil aldadıcısı və daşdan qonaq) -dır. Bu əsərin 1615-ci ilə aid yazılı variantının İspaniyada tapılmasına baxmayaq 1620 və ya 1625-ci ildə çap olunmuşdur. Bu obraz özünü qadınlara aşiq kimi göstərən və evlilik vəd edən avara obrazdır.
Don-Juan gölü
Don Juan gölü (lat. Don Juan) — Antarktidanın Viktoriya Torpağı, Rayt vadisində yerləşən kiçik göl. Dünyanın ən duzlu gölü statusuna namizəddir. == Tarixi == Göl 1961-ci ildə helikopter pilotları Don Ro (Don Roe) və Con Hiki (John Hickey) tərəfindən aşkarlanmışdır. Göldə onların şərəfinə adlandırılmışdır. Kəşf zamanı havada -30 °C olmasına baxmayaraq göl donmamışdır. 1977-ci ildə gölün sahəsi 0,25 km² təşkil edirdi. Gölün sahəsi 1995-ci ildə isə 0,03 km², dərinliyi isə 0,1 metrə qədər azalmışdır. Qrunt sularınln səthə çıxdığı yer olaraq düşünülür. Quru və sərt iqlimdə yerləşməsi və güçlü küləklər gölə böyük təsir göstərir.
Don Juan (opera)
Don Covanni və ya Cəzalandırılmış əxlaqsız (KV 527, it. Don Giovanni ossia Il dissoluto punito) — "Şən drama" (it. dramma giocoso) iki pərdəli Mosartın, Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu opera. Operanın ilk premyerası 29 oktyabr 1787-ci ildə Praqada Məhəllə teatrının (çex. Stavovské divadlo) səhnəsində oynanılır. 7 may 1788-ci ildə isə Vyanada təkrar oynanılır. Opera həm "Don Covanni…" həm də "Don Juan…" kimi də adlandırılır. Çünki personajın adı ispanca don Xuan (isp. Don Juan), fransızca don Juan, italyanca isə don Covanni (it. Don Giovanni) kimi tələfüs edilir.
Don
Don — Dünyada işlədilən şəxs adı. Bu adı olan tanınmış şəxslər Don Keefer — aktyor.
I Juan
I Juan (port. João) və ya Avizli Juan (port. João de Avis) (d. 11 aprel 1357 – ö. 14 avqust 1433) — Aviz sülaləsinə mənsub ilk Portuqaliya kralı. == Mənbə == Ana Echevarría Arsuaga: Catalina de Lancaster, edit. Nerea, 2002. ISBN 84-89569-79-7 Williamson, D. 1988. Debrett's Kings and Queens of Europe Metcalf, Alida C. (2005). Go-betweens and the Colonization of Brazil: 1500–1600.
Juan Lorensu
Juan Manuel Qonsalves Lorensu (port. João Manuel Gonçalves Lourenço; 5 mart 1954, Lobitu[d], Benquela vilayəti[d]) — anqolalı siyasətçi. 26 sentyabr 2017-ci il tarixindən Anqola Respublikasının Prezidenti vəzifəsində çalışır. 2014–2017-ci illərdə isə Anqola Respublikasının Milli Müdafiə Naziri olmuşdur. == Həyatı == Lorensu 1954-cü ildə anadan olub. O, on uşaqlı bir ailədə böyüyüb. İbtidai və orta təhsilini Biye və Luanda əyalətlərində portuqal dilində almışdır. Ardınca təhsilini Luanda Sənaye İnstitutunda davam etdirmişdir. 1974-cü ilin avqustunda Ponta Neqradakı azadlıq mübarizəsinə qatılmışdır. Hərbi karyerasına Anqolanın Qurtuluş Müharibəsində Portuqaliyaya qarşı döyüşərək başlamış, sonra isə Angola Vətəndaş Müharibəsi zamanı Angolanın Qurtuluş Uğrunda Xalq Hərəkatı partiyasının üzvü olaraq döyüşmüşdür.
Juan Jesus
Juan Jesus, sadəcə Juan və ya Juje kimi də tanınır (10 iyun 1991, Belu-Orizonti) — Brazliyalı peşəkar futbolçu. "Napoli" klubunda müdafiəçi kimi çıxış edir. O, əvəllər Braziliya millisinin də şərəfini qoruyub. == Karyerası == Jesus karyerasına Braziliyanın "İnternasional" klubunun gənclər komandasında başlayıb. Joao buarada 2010-cu ildə böyük komandada debüt etdi və ilk mövsümündə 7 oyunda iştirak etdi. 2011-ci il mövsümündə Juan vaxtaşırı əsas komandada meydana çıxır və çempionluq üçün 18 oyun keçirdir. 2012-ci ilin yanvarında "İnter Milan"ın gənc braziliyalı müdafiəçi ilə maraqlandığı barədə məlumatlar ortaya çıxdı. Bütün transfer pəncərəsi ərzində Juanın alınması üçün danışıqlar gedir və nəticədə transfer pəncərəsinin son günundə transfer baş tutur. Juanın "Neradzurri"dəki debütü "Latsio" ilə son tur oyununda, gənc braziliyalı futbolçunun əsas vaxtda Dieqo Militonu əvəzləyərək meydana çıxması ilə baş tutur. Braziliyalı futbolçu avrokuboklarda ilk oyununu, Avropa Liqasının seçmə mərhələsində Rumıniya "Vaslui"sinə qarşı keçirib.
III Juan
III Con (port. João III de Portugal) və ya Dindar Con (port. João o Piedoso) (d. 7 iyun 1502 — ö. 11 iyun 1557) — Portuqaliya kralı. Atası Aviz sülaləsinə mənsub I Manuel, anası isə Kastiliyalı İzabella və Araqonlu Ferdinandın qızı Mariya idi. Atasının vəfatının ardından 1521-ci ildə hələ 19 yaşında ikən taxta çıxdı. Onun səltənət illərində Portuqaliya krallığı Asiyada və Yeni dünyada olan ərazilərini genişləndirdi. Hindistandan gələn ədviyyat yolu portuqalların nəzarəti altına düşdü. Üstəlik, ilk dəfə onun səltənətində Çindəki Min sülaləsi və Yaponiya krallıqları ilə diplomatik əlaqələr quruldu.
Juan Manuel
Con Manuel (port. João Manuel) (3 iyun 1537 – 2 yanvar 1554, Lissabon) — Portuqaliya kralı III Con və Avstriyalı Ketrinin yetkinlik yaşına çatan yeganə oğlu, Portuqaliya infantı. == Həyatı == Con Manuel 3 iyun 1537-ci ildə Evora sarayında dünyaya gəldi. Atası Portuqaliya kralı III Con, anası isə Kastiliyalı Yuanna və Habsburqlu Filipin ən kiçik qızı Ketrin idi. Özündən öncə dünyaya gələn 4 qardaşı körpə yaşlarında vəfat etdiyi üçün hələ 2 yaşında ikən 1539-cu ildə Portuqaliya taxtının vəliəhdi — infant elan edildi. Bununla yanaşı səhhəti olduqca zəif idi. Yaxın qohumluq əlaqələri olan İspaniya və Portuqaliya monarx ailələri arasında baş tutan evliliklər gənc infantın zəif səhhətinin başlıca səbəbi olaraq görülür. 11 yanvar 1552-ci ildə Con Manuel həm dayısı, həm də bibisi qızı olan Avstriyalı Yuanna ilə evləndirildi. Ancaq çox keçmədən 2 yanvar 1554-cü ildə Con Manuel vəfat etdi. Onun ölüm səbəbi vərəm və ya diabet olaraq göstərilir.
İnfant Juan
İnfant Con (port. Infante Don João) (13 yanvar 1400, Santaren[d] – 18 oktyabr 1442) — Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. 11 il boyunca Portuqaliyanın ən ali hərbi rütbəsi olan Portuqaliyanın Baş Məmuru (port. Condestável de Portugal) ünvanını daşımışdır. == Həyatı == İnfant Con 1400-cü ildə dünyaya gəldi. Uşaqlıq illəri kral sarayında qardaşlarıyla keçdi. Qardaşlarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. 18 yaşı tamam olduqdan sonra atasının istəyi və Papa V Martinin təsidqi ilə Müqəddəs Ceyms Orderinin ustadı elan olundu. Həmin il (1418) qardaşı İnfant Henriylə birlikdə Seutaya əlavə donanma apardılar və bölgəni mühasirədən azad etdilər.
Juan Barboza Rodriqis
Juan Barboza Rodriqis (port. João Barbosa Rodrigues, 22 iyun 1842, Rio-de-Janeyro – 6 mart 1909) — Braziliya botaniki. == Elmi fəaliyyəti == Juan Barboza Rodriqis qıjıkimilər və toxumlu bitkilər sahəsində ixtisaslaşmışdır.. == Elmi işləri == A Lingua Geral do Amazonas e o Guarany: observações sobre o alphabeto indigena. Rodrigues, 1888. Pacificação dos Crichanás. Rodrigues, 1885. Poranduba Amazonense. Rodrigues, 1890. Vocabulario indigena comparado.
Juan Bernardu Vieyra
Juan Bernardu Vieyra — Qvineya-Bisaunun baş naziri (28 sentyabr 1978 - 14 noyabr 1980), prezidenti (14 noyabr 1980 - 14 may 1984; 16 may 1984-7 may 1999; 1 oktyabr 2005-2 mart 2009). 1939-cu ildə anadan olmuş Vieyra 1978-1980-ci illərdə ölkənin baş naziri, 1980-1999-cu illərdə prezidenti olub. 2005-ci ildə yenidən prezident vəzifəsinə seçilib. Peşəcə elektrik olan Vieyra 1960-cı ildə Portuqaliya müstəmləkəçiləriylə partizan mübarizəsi aparan Qvineya Afrika Azadlıq Partiyasına qoşulur. Tezliklə hərəkatın əsas liderlərindən olur və "Nino" ləqəbi qazanır. Dövlət müstəqilliyi elan ediləndən (1973) sonra Milli Xalq Assambleyasının sədri, daha sonra baş nazir vəzifələrini tutur. 1980-ci ildə qansız hərbi çevriliş edərək ölkənin ilk prezidenti Luiş Kabralı devirir. Uzun müddət avtoritar idarəçilikdən sonra Vieyra 1994-cü ildə keçirilən çoxpartiyalı seçkidə hakimiyyəti əldə saxlayır. 1998-ci ildə vəzifədən çıxarılmış ordu komandanı Ansumane Mane ilə münaqişə vətəndaş müharibəsinə gətirir. 1999-cu ildə Vieyra ölkədən qaçır.
Juan de Herrera
Juan de Herrera de Maliaño (1530 – 15 yanvar 1593, Madrid) — İspaniyalı memar, riyaziyyatçı, sörveyör və hərbçi. Rönesans ispan memarlığının ən böyük nümayəndələrində biri sayılır. Onun şərəfinə Herrerian ayıq və sərt memarlıq üslubu adlandırılıb. II Filipp (ö. 1556-1598) dövrünün təmsilçisi idi və sonrakı İspan memarlığına, əsasən XVII əsr boyunca əhəmiyyətli dərəcədə təsir etdi.
Juan de Loureyru
Juan de Loureyru (port. João de Loureiro) (8 sentyabr 1717 — 18 oktyabr 1791) — Portuqaliya paleontoloqu və botaniki. == Əsərləri == "Flora cochinchinensis: sistens plantas in regno Cochinchina nascentes" (1790), == Biblioqrafiya == Robert Zander, Fritz Encke, Günther Buchheim, Siegmund Seybold. 1984. Handwörterbuch der Pflanzennamen. 13. Auflage.
Don Covanni
Don Covanni və ya Cəzalandırılmış əxlaqsız (KV 527, it. Don Giovanni ossia Il dissoluto punito) — "Şən drama" (it. dramma giocoso) iki pərdəli Mosartın, Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu opera. Operanın ilk premyerası 29 oktyabr 1787-ci ildə Praqada Məhəllə teatrının (çex. Stavovské divadlo) səhnəsində oynanılır. 7 may 1788-ci ildə isə Vyanada təkrar oynanılır. Opera həm "Don Covanni…" həm də "Don Juan…" kimi də adlandırılır. Çünki personajın adı ispanca don Xuan (isp. Don Juan), fransızca don Juan, italyanca isə don Covanni (it. Don Giovanni) kimi tələfüs edilir.
Don Keefer
Donald H. "Don" Keefer (18.8.1916, Highspire, Pennsilvaniya, ABŞ) — aktyor.
Don Kinq
Donald "Don" Kinq - boks promouteri. == Fəaliyyəti == Don Kinq 1970-ci illərdən etibarən boksda ən görkəmli promouterlərdən sayılır. Müxtəlif vaxtlarda Lennoks Lüis, Mayk Tayson, Evander Holifild, Roy Cons və digər məşhur boksçular onun himayəsində olublar.
Don Kixot
Don Kixot (isp. Don Quijote, Don Quixote) — ispan yazıçısı Migel de Servantesin yazdığı "Ağıllı zadəgan Don Kixot" (El ingenioso hidalgo Don Quijote de la Mancha) romanının baş qəhrəmanı. Servantesin bu romanı demək olar ki, bütün Avropa dillərinə tərcümə olunmuşdur və dünya ədəbiyyatında ən populyar kitablardan sayılır. Don Kixot surəti isə insan təbiətinin tipik göstəricisi kimi götürülürək psixoloji kateqoriya kimi başa düşülür. Fəlsəfədə "donkixotluq" kimi anlayış yaranmış və bununla bağlı çoxlu sayda kitablar yazılmışdır. Romanın birinci hissəsi 1605, ikinci hissəsi isə 1615-ci ildə çap olunmuşdur. Hər iki hissə ispan dilində yazılmışdır. Servantesin bir çox həmkarları və davamçıları Don Kixotun səyahətini təsvir edən, onun romanına oxşayan əsərlər yaratmağa çalışmışlar. Sonrakı əsrlərdə yazıçılar bu mövzuya yenidən dönərək Don Kixot mövzusunu yeni aspektdən təsvir etmişlər. Don Kixot obrazı incəsənətin müxtəlif sahələrində təcəssüm etdirilib.
Don Knotts
Jesse Donald "Don" Knotts (21 iyul 1924[…] – 24 fevral 2006[…], Beverli-Hillz, Kaliforniya) — ABŞ aktyoru
Don Makkalin
Don Makkalin (ing. Don McCullin) — daha çox müharibəyə və şəhər problemlərinə aid fotoları ilə tanınan britaniyalı fotojurnalist. 1959-cu ildə başlayan karyerasının əsas hissəsini işsizlər, əzilənlər və yoxsulluq haqqında fotolar təşkil edir. == Həyatı == === Erkən illəri === Makkalin Şimali Londonda Finsburi Parkı adlanan yerdə boya-başa çatıb. Sonralar Blitz zamanı (nasistlər tərəfindən Birləşmiş Krallığın bombalanması hadisəsi) ailəsi ilə birlikdə Somersetdəki fermaya köçürülüb. O, disleksik olsa da, getdiyi orta məktəbdə rəsm çəkmək üzrə qeyri-adi istedad nümayiş etdirmişdi. === Karyerası === Makkalin KHHQ-də Dövlət Xidmətində olarkən 1956-cı il Süveyş böhranı zamanı kanal zonasına göndərilib və burada fotoqraf köməkçisi kimi çalışıb. O, KHHQ-də fotoqraf olmaq üçün tələb olunan yazılı nəzəriyyə məruzəsindən keçə bilməmiş və nəticədə öz xidmətini qaranlıq otaqda başqalarının şəkillərini çap etməklə keçirmişdi. Bu müddət ərzində Makkalin ilk kamerasını — "Rolleicord"u alıb. Britaniyaya qayıdarkən maliyyə çatışmazlığı səbəbindən kamerasını girov qoymalı olub.
Don Respublikası
Don Respublikası — Rusiyada Oktyabr çevrilişindən (1917) sonra Don bölgəsində yaranmış hökumət. Rusiya hökumətinin 1887-ci ildə keçirdiyi inzibati-ərazi bölgüsünə əsasən, Rostov vilayəti ilə Taqanroq şəhəri Don Qoşunu vilayətinə daxil edilməklə, Şimali-qərbi Qafqazın bir hissəsi Don kazaklarının idarəsinə keçdi. == Yaradılması == Oktyabr çevrilişindən sonra Sovet hakimiyyətinə tabe olmaqdan boyun qaçıran Don kazakları öz hakimiyyət orqanlarını yaratdılar. 1918-ci il mayın 8-də alman ordusunun köməyilə bolşeviklər Don vilayəti ərazisindən qovuldu, mayın 26-da isə Don kazaklarının dairəsi "Böyük Don Qoşunu" hökuməti yaradılmasını elan etdi. Ataman P.Krasnovun başçılıq etdiyi bu hökumətin 65 minlik ordusu var idi. 1919-cu ilin yanvarında bu ordu general A.Denikinə tabe edildi və həmin ilin payızında Moskva üzərinə yürüşdə iştirak etdi. Don Respublikası hökuməti Paris sülh konfransında (1919–20) iştirak etmək üçün öz nümayəndə heyətini 1919-cu ilin əvvəlində İstanbula göndərmiş, lakin onlar da Rusiyanın cənubunda yeni yaranmış dövlətlərin nümayəndələri ilə birlikdə bu şəhərdə ləngiməli olmuşdular. Bu nümayəndələrin müttəfiq dövlətlərin İstanbuldakı komandanlığına ünvanladıqları müraciətdə Don əhalisinin həm bolşeviklərin, həm də köhnə rejimi bərpa etmək istəyən bir qrup məsuliyyətsiz adamların yaratdığı qurama təşkilatların təhlükəsi altında qaldığı bildirilirdi. == Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələri == Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1919-cu il iyunun 26-da özünün Kubandakı diplomatik nümayəndəsi Cəfər bəy Rüstəmbəyova əlavə mandat göndərərək, ona Don hökuməti yanında Azərbaycan Xalq Cümhuriyyətini təmsil etmək səlahiyyəti verdi. Həmin il sentyabrın 24-də isə Xosrov bəy Sultanov Azərbaycan Hökumətinin Rostovda konsul-agenti təyin edildi.
Don Riçi
Donald Teylor Riçi (9 iyun 1926 – 13 may 2012, Darlinqxyorst[d]) — Avstraliya ordeni laureatı, bir çox intihar cəhdinə müdaxilə edən avstraliyalı. O, Sidneydə Boşluq (ing. The Gap) adındakı bir uçurumdan intihara cəhd edən ən azı 180 nəfəri rəsmi olaraq xilas edib. == Erkən həyat == Riçi Vaucluse Dövlət Məktəbinə gedib və Şotlandiya Kollecinə daxil olub. Ritçi İkinci Dünya müharibəsi dönəmində 1944-cü il iyunun 30-da HMAS Hobart gəmisində matros kimi Kral Avstraliya Donanmasına daxil olmuş və 1945-ci il sentyabrın 2-də Tokio körfəzində Yaponiya İmperatorluq Qüvvələrinin qeyd-şərtsiz təslim olduğunun şahidi olmuş, sakit okeanda İkinci Dünya müharibəsini rəsmən başa çatdırmışdır. Müharibədən sonra o, həyat sığortası satıcısı idi. == Müdaxilə == Rəsmi olaraq o, 2009-cu ilə qədər 45 il ərzində 180 nəfəri intihardan xilas edib, halbuki ailəsi bu rəqəmin 500-ə yaxın olduğunu iddia edir. Ritçi Avstraliyanın Sidney şəhərində yerləşən və bir çox intihar cəhdləri ilə tanınan "The Gap" adlı yerin yanında yaşayırdı. Tanınmış və tərifləməyən təvazökar bir adam, cənab Ritçi evindən intihar etmək niyyətində olanları görür və yavaş-yavaş onlara tərəf gedirdi. Uçurumun kənarında o, sadəcə gülümsəyərək onlardan soruşardı: "Mən sizə hansısa şəkildə kömək edə bilərəmmi?".
Myortvı Don
Myortvı Dones — Rusiyanın Rostov vilayəti ərazisindən axan çay. Don deltasının ən böyük axarıdır. Don çayını Taqanroq körfəzi ilə birləşdirir. Onun başlandığı ərazidən Don deltası başlayır. Deltanın şimal sərhəddini təşkil edir. Uzunluğu 36 km təşkil edir. Eni 50–200 metr arasında dəyişir, dərinliyi 4 metrdir. == Axınını == Myortvı Dones çayı Dones çayından Rostov-na-Donu şəhərinin ərazisində ayrılır. Mənbəyi Qərb körpüsünə yaxınlıqdan başlayır. Çay Snyavskoe kəndi yaxınlığında sonuncu qolu olan Donski Çulek axarını qəbul edir.
Stefflon Don
Stefani Viktoriya Allen (ing. Stephanie Victoria Allen; 14 dekabr 1991, Birminhem) və ya təxəllüsü ilə Stefflon Don (ing. Stefflon Don) — Böyük Britaniya repperi və müğənnisi. O, 2017-ci ildə buraxılan, "French Montana" ilə birlikdə ifa etdiyi "Hurtin' Me" mahnısından sonra populyarlaşmışdır. Mahnı "UK Singles Chart" musiqi çartında yeddinci yeri tutmuşdur. Don 2016-cı ildə debüt miksteypi olan "Real Ting"i, daha sonra 2018-ci ildə isə "Secure" miksteypini buraxmışdır. == Həyatı == Stefani Viktoriya Allen 14 dekabr 1991-ci ildə Böyük Britaniyanın Vest-Midlends qraflığında yerləşən Birminhem şəhərində anadan olmuşdur. O, Yamayka əsillidir. Onun altı qardaş-bacısı var. Allen beş yaşında olarkən ailəsi ilə birlikdə Niderlandın Rotterdam şəhərinə köçür.
Don tütünü
“Donskoy tütünü” QSC və ya “Don Tobacco” — Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən siqaret və tütün istehsalı şirkəti. Siqaret istehsal edən beynəlxalq şirkət olan Japan Tobacco-nun bir qoludur. 2018-ci ildə “Don Tobacco” Rusiyanın dördüncü ən böyük siqaret istehsalçısı idi. == Tarixi == Don tütünü ilk dəfə 1857-ci ildə Rostov-na-Donuda rus sahibkarı Vasili Asmolov tərəfindən yaradılmış tütün fabrikinin varisidir. 1870-ci illərdə Asmolovun siqaretləri Vyana Ümumdünya Sərgisində, Filadelfiya Yüzillik Sərgisində və Paris Ümumdünya Sərgisində beynəlxalq arenaya tanıdılmışdı. Nəticədə Asmolovun tütün fabriki Rusiya imperatoru üçün “İmperator Əlahəzrət Məhkəməsinin Təchizatçısına” çevrildi. 1917-ci il inqilabından sonra fabrik milliləşdirildi və Don Dövlət Tütün fabriki (DSTF) adlandırıldı. 1992-ci ildə SSRİ-nin süqutundan sonra DSTF 1980-ci illərdən fabrikdə işləyən İvan Savvidi tərəfindən özəlləşdirilib. Savvidis fabrikin adını dəyişərək “Dons Tabak” qoydu. 1992-ci ilə qədər o, şirkətin səhmlərinin 75,71% -ni əldə etdi və 2003-cü ilə qədər bu vəzifəni tutaraq onun baş direktoru oldu.